15 C
Baku
Sunday, May 5, 2024

“MİRAS20-İM” MMC-nin Tayvandan gətirdiyi meyvə suyu toplarında “kif-maya” göbələyi aşkarlanıb

“MİRAS20-İM” MMC-nin Tayvandan idxal etdiyi “OOO PROGRESS ZERO INFINITY” müəssisəsinin istehsalı olan ümumi çəkisi 72.50 kq meyvə suyu topları məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə “kif-maya” göbələklərinin miqdarının normadan artıq olduğu aşkar olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər