23 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Mirasdan imtina etməzdən əvvəl nələri bilmək lazımdır?

Screen Shot 2021 09 02 at 14.34.20

Mirasdan imtina ciddi hüquqi nəticələrə səbəb olan vacib addımdır. Buna görə də, Sizə çatacaq mirasdan imtina etməmişdən əvvəl aşağıdakı əhəmiyyətli məqamları nəzərinizdə saxlamağı tövsiyə edirik:

  1. Mirasdan imtina ərizəsi geri götürülə bilməz.

Mirasdan imtina zamanı yadda saxlamalı olan ən vacib qayda: əgər vərəsə mirası qəbul etməkdən imtina barədə notariusa ərizə veribsə, həmin ərizəni geri götürə bilməz.

  1. Mirasdan hər-hansı şərt ilə imtina etmək mümkün deyil

Hər hansı şərt ilə və ya müəyyən müddətə mirasdan imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər-hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.

  1. Maşını qəbul edib, evdən imtina etmək olmaz!

Mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etmək mümkün deyil. Bir sözlə, əgər mərhumun əmlakında həm ev, həm avtomobil varsa, siz birindən imtina edib, digərini qəbul edə bilməzsiniz.İstisna: kənd təsərrüfatı təyinatlı əmlak təşkil edir.

  1. Mirasdan imtina etmək üçün “susmaq” kifayət deyil, mütləq notariusda imtina ərizəsi yazılmalıdır.

Əgər Siz Sizə çatacaq miras payından imtina etmək qərarına gəlmisinizsə, o zaman mütləq mirasın açıldığı yer üzrə notariusa yaxınlaşmalı və rəsmi qaydada mirasdan imtina barədə ərizə yazmalısınız. Əks halda, “susmağınız” mirası faktiki qəbul etməyiniz kimi qiymətləndirilə bilər.

  1. Nümayəndə vasitəsi ilə də mirasdan imtina etmək mümkündür.

Mirasdan imtina etmək üçün müvafiq notariusa yaxınlaşa bilmirsinizsə, unutmayın ki, bunu nümayəndə vasitəsi ilə də etmək olar. Bunun üçün nümayəndənizə etibarnamə verməli və həmin etibarnamədə Sizin adınızdan mirasdan imtina etmək səlahiyyətini xüsusi olaraq qeyd etməlisiniz.

 

Müəllif: VƏKİL ƏKBƏROVA LEYLA MİKAYIL QIZI

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər