26 C
Baku
Friday, April 19, 2024

Mirşahin radio aça bilmədi

Yanvarın 10-da Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

Milli Televiziya və Radio Şurasından. verilən məlumata görə, iclasda Şura tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə 12 noyabr 2019-cu il tarixindən 12 dekabr 2019-cu il tarixinədək elan edilmiş müsabiqənin nəticələri müzakirə olunub.

Müsabiqədə iştirak etmək üçün 5 hüquqi şəxs sənədlərini Şuraya təqdim edib: 1.“Real Təhlil İnformasiya Mərkəzi” MMC; 2.“TV-Media Azerbaijan” MMC; 3.“Balans Studiyası” MMC; 4.“İNS ÇM” MMC; 5.“OMD Azerbaijan” MMC.
Üç iddiaçı – “TV-Media Azerbaijan” MMC, “OMD Azerbaijan” MMC və “Real Təhlil İnformasiya Mərkəzi” MMC sonradan müsabiqədə iştirak etməkdən imtina edib. Bu səbəbdən Milli Televiziya və Radio Şurasının “Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları”nın 2.1.8.-ci bəndinə (Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər) əsasən, Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul edib.



Qeyd edək ki, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin rəhbəri tanınmış telejurnalist Mirşahin Ağayevdir. Mirşahin Ağayevin Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan radio tezliyi almaq istəyi böyük narazılıq yaratmışdı. Bu müsabiqənin ləğvi ilə bağlı bəzi ictimaiyyət nümayəndələri tərəfindən Prezident İlham Əliyevə müraciət olunmuşdu.                                                          Modern.az 

Son xəbərlər
Digər xəbərlər