8 C
Baku
Friday, March 29, 2024

Mirvarilərin yaranması və xüsusiyyətləri

Əslində istənilən bir balıqqulağının içərisində yaşayan molyusk mirvari yaradaraq, onu böyüdə bilər, amma sədəf mirvariyə təbiətdə çox nadir hallarda rast gəlinir.  Məsələ ondadır ki, belə bir mirvarinin yaranması üçün kənardan-hər hansı bir qıcıqlandırıcı (qum dənəsi, parazit və s) müdaxiləsi zəruridir, həmin kənar maddəni molyusk canlı şəkildə sədəf mirvarinin içinə məhbus edir. Zərif sədəf pərdələr, bir birinin üstünə çəkilərək, lay-lay yığılır və bunun nəticəsində gözəl bir inci- mirvari yaranır. Olduqca maraqlı müdafiə mexanizmidir.

Sədəf mirvarilər araqonit (kalsium karbonat aqreqatı) və konxiolindən (buynuz maddəsi) ibarətdir. Yəni mirvarinin tərkibində orqanik maddə mineral duzlar ilə birlikdə gözəl ahəng yaradır, eyni zamanda mirvarinin mineral komponentləri orqaniklərdən ayrı olur və onlar bir-biri ilə qovuşmur, təmasda olmurlar.

Yaranma yerindən asılı olaraq, mirvarilər dəniz mirvarilərinə və şirin su hövzələrində yaranan mirvarilərə bölünür, əmələ gəlmə formasından asılı olaraq isə mirvarilər təbiət və becərilən (süni yetişdirilən) mirvarilərə bölünür. Təbiət mirvariləri son zamanlar olduqca nadir tapıntıya çevrilib, onlara rast gəlmək demək olar ki, mümkün deyil. Axı heç olmasa bir qiymətli mirvari tapmaq üçün yüzlərlə molyusk öldürmək lazım gəlir. Mirvarini yetişdirmək isə daha asandır. Proses demək olar ki eynidir, bundan ötrü insan özü ilbizə süni şəkildə qıcıqlandırıcı daxil edir, bir qayda olaraq bu digər ilbizin dərisinin bir hissəsi olur.  Mirvarinin  təşəkkül tapma prosesi adətən iki ildən yeddi ilə qədər çəkir.

Qiymətli daş hesab olunan mirvarini yaratmaq qabiliyyəti cəmi iki molyuska məxsusdur, bunlardan biri dənizdə yaşayan mirvari ilbizi, digəri isə şirin sular sakini midiyadır, ona çay və göllərdə rast gəlmək olar.

Mirvarilər aləmi haqqında daha bir maraqlı fakt odur ki, bu yarım orqanik varlıqlar, elə məhz yarımcanlı olduqları üçün nadir hallarda bir neçə yüz il ömür sürürlər. Bu xüsusiyyətlərinə görə onlar əbədiyaşar almaz, sapfir, yaqut, zümrüd və bu kimi digər qiymətli və yarımqiymətli daşlardan geri qalırlar. Bizə məlum ən qədimi (yaşlı) mirvari bir zamanlar Elizabet Teylora məxsus armud şəkilli “Preqrina” mirvarisidir, çəkisi 55,95 karat olan bu inci Mirvari adasında hələ 16-cı əsrin ortalarında aşkar olunmuşdur.

Şirin sularda yetişdirilən mirvarilərin böyük bir hissəsi Çinin payına düşür, amma eyni zamanda Şotlandiya, Almaniya, Rusiya və Şimali Amerika ölkələridə də mirvari becərilməsi ilə məşğul olur. Dəniz mirvariləri isə Qırmızı dənizin və fars körfəzinin sakit laqunlarında (dənizdən ayrılmış göllər), həmçinin Yaponiya və Şri-Lankanın vulkanın mənşəli mərcan adaları sahillərində becərirlər.

Yeri gəlmişkən mirvarilər, təkcə ağ rəngdə olmur, amma bu rəngli mirvarilər təbiətdə ən çox rast gəlinənlər sırasındadır. Amma sədəfdəki rəngin interferensiyasından asılı olaraq, bu incilər krem və ya çəhrayı rəngdə ola bilərlər, sarı, yaşıq və qara mirvarilərə isə daha az rast gəlinir. Ən nadir və ən bahalı incilər isə mavi və ya tünd tutqun-boz rəngdə olanlardır.

Mirvarilər haqqında daha bir neçə maraqlı fakt :
  • Yunanlar hesab edirdi ki, mirvari ailəyə xoşbəxtlik gətiri və mübahisələrin qarşısını alır.
  • Əfsanəyə görə, Kleoptra Mark Antoniyə olan sevgisini sübut etmək üçün mirvarini şərabdə həll edərək, onu içmişdir.
  • Roma generallarından biri bir dəfə öz anasının sırğalarını sataraq, bütöv bir hərbi kampaniyanı maliyyələşdirmişdir.
Son xəbərlər
Digər xəbərlər