İrəvanla Bakı arasında danışıqlar fəal gedir, lakin hələ də bir çox həll olunmamış məsələlər qalır.
Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvada Rusiya və Azərbaycan XİN başçıları ilə danışıqlar zamanı deyib.
“Gündəlikdəki bütün məsələlər üzrə görüşlərimiz, danışıqlarımız kifayət qədər intensivdir, bəzi məsələlərdə konkret nəticələr var, bəzi məsələlərdə tərəflərin qarşılıqlı razılığa gələ biləcəyi bəzi perspektivlər görünür.
Ancaq əlbəttə ki, tərəflərin mövqelərinin hələ də bir-birindən uzaq olduğu problemli məsələlər qalır”, – Mirzoyan vurğulayıb.