13 C
Baku
Saturday, November 23, 2024

Mirzoyan Bayramov və Lavrovla görüşə hazırdır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, Rusiya və Azərbaycan XİN başçıları Sergey Lavrov və Ceyhun Bayramovla Moskvada görüşə hazırdır.

“Biz xarici işlər nazirlərinin Moskva görüşünü ləğv etmədik, onu təxirə saldıq. Müəyyən rahat bir vaxtda bu görüşü keçirəcəyik. Görüş Moskvada da, başqa yerdə də ola bilər. Yer seçimi vacibdir, lakin prosesə həddən artıq əhəmiyyətli təsiri yoxdur. Biz Moskvada növbəti görüşə hazırıq”, – Mirzoyan çərşənbə günü Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radman ilə İrəvanda keçirilən mətbuat konfransında bildirib.

Son xəbərlər
Digər xəbərlər