Mirzoyan Belçikaya gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Belçikaya səfər edəcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, yanvarın 23-25-də Belçikanın paytaxtı Brüsseldə olacaq.

Qeyd olunub ki, nazir Avropa Parlamentində çıxış edəcək, eyni zamanda deputatların suallarını cavablandıracaq.

Mirzoyan həmçinin NATO-nun baş katibi Yens Stoltenberq, Aİ xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel, Belçikanın xarici işlər naziri Aca Labib ilə görüşlər keçirəcək.

Son xəbərlər
Digər xəbərlər