7 C
Baku
Sunday, December 15, 2024

Mirzoyan fransalı həmkarı ilə Laçın dəhlizinə alternativ yolu müzakirə etdi 

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Katerin Kolonna ilə telefon danışığı aparıb.

Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Qarabağdakı vəziyyəti və Ermənistanla Azərbaycan arasında son gərginliyi müzakirə ediblər.

Kolonno bildirib ki, Fransa vəziyyətlə bağlı baş verənləri böyük diqqətlə izləyir, bunu avqustun 4-də Prezident Emanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı da göstərir.

“O, bu münaqişə ilə bağlı və ondan irəli gələn bütün məsələlərin danışıqlar yolu ilə həll edilməsinə çağırıb. Nazir, həmçinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə əsasən, Qarabağ və Ermənistan arasında kommunikasiyaların saxlanılması üçün Laçın dəhlizinə paralel yeni marşrut üzrə tərəflər arasında razılığın əldə olunmasını arzuladığını bildirib”, – deyə məlumatda bildirilir

 

 

Son xəbərlər
Digər xəbərlər