İrəvan dünən sülh danışıqları üzrə Bakıdan yeni təkliflər alıb.
Bu barədə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan parlamentdə bildirib.
O, İrəvanın bundan əvvəl sülh müqaviləsinin mətninə düzəlişlərin 5-ci paketini Azərbaycan tərəfinə təqdim etdiyini xatırladıb.
“Proses gedir, müzakirələr də həmçinin. Təəssüf ki, tərəflərin mövqelərinin hələlik bir-birindən uzaq olduğu vacib məsələlər var”, – Mirzoyan qeyd edib.