27 C
Baku
Saturday, July 27, 2024

Mirzoyan kanadalı həmkarı ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Kanada xarici işlər naziri Melani Coli ilə görüşüb.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan və Kanada XİN rəhbərləri Ermənistan-Kanada qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi üçün imkanları müzakirə ediblər. Bu kontekstdə Kanadanın İrəvanda səfirlik açmaq barədə qərarı da müzakirə olunub.

XİN rəhbərləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasından irəli gələn məsələləri müzakirə ediblər.

Kanadalı nazir Cənubi Qafqaz regionunda sabitliyin qorunmasında Aİ-nin Ermənistan-Azərbaycan sərhədindəki monitorinq missiyasının rolunu vurğulayıb və missiyanın fəaliyyətini dəstəklədiyini bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər