15 C
Baku
Tuesday, April 16, 2024

Mis hasilatının azalması ixracı gəlirlərini illik $8 mln.-a yaxın azaldıb

Azərbaycan 2023-cü ildə misdən olan məhsulları azaltması ixraca təsirsiz ötüşməyib.

Banker.az Dövlət Statistika Komitəsinin açıqlamasına görə, mis filizləri istehsalı ötən il 15.8% azalaraq 2 122.6 tona düşüb.

Ölkənin xaricə mis filizi və onun konsentratları ixrac 16 616 ton olmaqla öncəki ildən 13% azalıb.

Misin ixrac dəyəri $19.04 mln. olub. Öncəki ildə $26.75 mln.-luq valyuta daxil olmuşdu.

Misin bir tonu 1 146 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanda əsas mis istehsalçısı “Anglo Asian Mining plc” yay aylarında istehsalında ekoloji problem səbəbindən fasilələr yaranmışdı. Bununla belə yeni yataqda böyük mis ehtiyatının olduğunu bildirib. Mədən şirkəti növbəti dövrdə qızıl və gümüşdən daha çox mis hasilatına üstünlük verəcəyini bildirib.

 

Son xəbərlər
Digər xəbərlər