-1 C
Baku
Sunday, December 15, 2024

Mis qiymətləri dünyada rekord vurub – Səbəb?

Bazar ertəsi, mayın 20-də keçirilən ticarət sessiyasında London Metal Birjasında (LME) üç ay ərzində çatdırılma üzrə fyuçers kotirovkaları 4.1% artıb.

Banker.az xəbər verir ki, misin bir tonun qiyməti $11.1 mini ötüb. Bu da tarixi maksimumdur.

İyul ayı üçün Şanxay Birjasında (SHFE) mis üçün fyuçers müqaviləsi də 6.8% artaraq bir ton üçün rekord 88.94 min yuana (təxminən 12.3 min dollar) çatıb.

Çinin daşınmaz əmlak sektoruna dəstək tədbirlərinin gözləntiləri aşması nəticəsində mis bu həftə bütün zamanların ən yüksək səviyyəsinə yüksəldi.

Bundan əlavə, aprel ayında Çin sənaye istehsalının gözləniləndən yüksək artımı, eləcə də əmtəə treyderlərinin hərəkətləri misin qiymətinin qalxmasına səbəb olub.

Son xəbərlər
Digər xəbərlər