Demokratlar ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanın prezidentliyə namizədliyini irəli sürə bilər.
Bu barədə Ağ Evin və Pentaqonun keçmiş nümayəndəsi Duqlas MakKinnon bildirib.
Kanal qeyd edir ki, Mişel Obamanın adı Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq istəyini dəfələrlə rədd etməsinə baxmayaraq, bu dəfə prezident seçkiləri ərəfəsində onun adı hallanıb.
MakKinnon hesab edir ki, keçmiş birinci xanım əsas namizəd ola bilər.