13 C
Baku
Monday, December 8, 2025

Misin qiyməti tarixi maksimumu yeniləyib

Bazar ertəsi günü mis qiymətləri dünya bazarında təklif çatışmazlığı ilə bağlı narahatlıqlar fonunda tarixi maksimumu yenilədi.

London Metallar Birjasında (LME) üçaylıq mis fyuçerslərinin kotirovkaları Bakı vaxtı ilə saat 15:25-ə olan məlumata görə 0,3% artaraq tonuna 11 653 dollar olub. Sessiya ərzində isə rekord səviyyə olan 11 771 dollara qədər yüksəlib.

Bu il böyük yataqlarda yaranan bir sıra problemlər bazara təzyiq göstərib. Bundan əlavə, ABŞ hakimiyyətinin gələn il rafinə mis idxalına rüsumlar tətbiq edə biləcəyi ilə bağlı narahatlıqlar fonunda ölkədə ehtiyatların artırılması digər regionlarda çatışmazlıq riskini yüksəldir.

“ANZ Research” analitiklərinin qeyd etdiyinə görə, qiymətləri dəstəkləyən digər amil isə Çin hakimiyyətinin daxili istehlakı stimullaşdırmaq üçün iqtisadiyyata “daha proaktiv” fiskal siyasət və “mülayim yumşaq” pul-kredit siyasəti ilə daha güclü dəstək vəd etməsidir.

Son xəbərlər
Digər xəbərlər