25 C
Baku
Saturday, July 27, 2024

Misirə 2 milyard dollar vəsait ayırdı

Beynəlxalq Valyuta Fondu (BVF) Vaşinqtonda keçirilən iclasında Misirə 2 milyard dollar vəsaitin ayrılması barədə qərar qəbul edilib.

Banker.az bildirir ki, bu barədə Misirin maliyyə naziri Məhəmməd Muit məlumat verib.

Onun sözlərinə görə, Misirə maliyyə yardımının beşinci tranşı – 2 milyard dollar yaxın günlərdə ölkəyə köçürüləcək. Ümumilikdə, yeni tranşın ayrılmasını nəzərə almaqla Misirə maliyyə təşkilatı tərəfindən təqdim olunan vəsaitin ümumi həcmi 10 milyard dollar təşkil edəcək.

Qeyd edək ki, 2016-cı ilin noyabrında BVF-i Misirə 12 milyard dollar həcmində maliyyə yardımın göstərilməsi barədə qərar qəbul edib. Kredit Misir hökumətinin iqtisadı islahatların aparılması proqramına dəstək məqsədilə ayrılıb.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər