6 C
Baku
Monday, February 23, 2026

Misirə giriş vizasının qiyməti martın 1-dən artırılır

Misirə giriş vizasının qiyməti 1 mart tarixindən etibarən $5 artırılaraq $30 təşkil edəcək. Bu barədə “Sada əl-Balad” telekanalı məlumat yayıb.

2025-ci ilin dekabrında Misir prezidenti Abdel Fəttah əs-Sisi vizaya görə rüsumun maksimal məbləğini $20 səviyyəsində müəyyən edən fərman imzalayıb. Həmin vaxt Turizm Nazirliyində bildirilib ki, sənəd yalnız yuxarı həddi müəyyən edir və faktiki artım barədə qərar hələ qəbul edilməyib.

Rüsumların artırılması ilə bağlı qanun layihəsi Misirin Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunub və 2 noyabr tarixində parlament tərəfindən təsdiqlənib. Bu qərar ölkə daxilində tənqidə səbəb olub. Elə həmin ay Turizm Palataları Federasiyası qiymət artımının qarşısının alınması xahişi ilə baş nazir Mustafa Məduli və turizm naziri Şerif Fathi-yə müraciət edib.

Son xəbərlər
Digər xəbərlər