4 C
Baku
Friday, January 27, 2023

Misir Əmtəə Birjasında Rusiya buğdasının tədarükü üçün 18 müqavilə bağlanıb

Misir Ərzaq Təchizatları Agentliyi Misir Əmtəə Birjasında ilk ticarət günündə 12 min ton Rusiya buğdasını hərraca çıxarıb və onun alınması üçün 18 müqavilə imzalayıb.

Bu barədə Misirin Təchizat və Daxili Ticarət Nazirliyinin yaydığı məlumatda deyilir.

Misir Ərzaq Təchizatları Agentliyi noyabrın 27-də fəaliyyətə başlayıb. Agentliyin direktoru İbrahim Aşmaui açılış ərəfəsində bildirib ki, birja Rusiya buğdası ilə ticarətə başlayacaq.

Rusiya taxılının alınması üçün ümumi həcmi demək olar ki, 20 min ton olan 28 müraciət daxil olub. Bu da satışa çıxarılan partiyadan 65 % çoxdur. Növbəti ticarət sessiyası noyabrın 30-da açılacaq.

Son xəbərlər
Digər xəbərlər
X