12 C
Baku
Monday, November 18, 2024

Misir ehtiyatı əldən vermədi: Mərkəzi Bank faiz dərəcəsini sabit saxladı

Misirdə mərkəzi bankın rəhbərinin istefasından sonra valyutanın artan təzyiqlə necə mübarizə aparacağı ilə bağlı spekulyasiyalar artıb. Misir ehtiyatlı olmağı seçdi və mərkəzi bank faiz dərəcələrini dəyişməz saxladı.

Banker.az bu barədə finansgundem-e istinadən xəbər verir.

Pul Siyasəti Komitəsi ardıcıl ikinci dəfə depozit faizini 11.25%, kreditləşmə faizini isə 12.25% səviyyəsində saxlayıb.

Qeyd edək ki, Bloomberg Misir Mərkəzi Bankının ilin üçüncü faiz artımını edib-etməyəcəyi ilə bağlı iqtisadçılar arasında sorğu keçirmişdi. Sorğu nəticəsində bank faiz artımına gedəcək deyən iqtisadçılar ilə faiz artımına getməyəcək deyən iqtisaçıların sayı bərabər idi.

Son xəbərlər
Digər xəbərlər