Misir Mərkəzi Bankının rəhbəri istefa verib

Misir Mərkəzi Bankının rəhbəri Tarek Amer faiz dərəcələrinin müəyyən ediləcəyi iclasdan bir gün əvvəl istefa verib. Misir prezidenti Əbdülfəttah əs-Sisi Amerin istefasını qəbul edib.

Banker.az xəbər verir ki, Misirin rəsmi xəbər agentliyi olan “Əl-Əhram”ın məlumatına görə, Amer prezidentin müşaviri təyin edilib. Amerin istefası ilə bağlı əlavə təfərrüatlar və mərkəzi bankın növbəti rəhbərinin kim olacağı açıqlanmayıb.

Bloomberg yazır ki, Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına təsirindən əziyyət çəkən Misirdə bu istefa iqtisadiyyatla bağlı qeyri-müəyyənliyi artırıb.

 

 

Son xəbərlər
Digər xəbərlər