10 C
Baku
Wednesday, December 11, 2024

Misir “Mir” ödəniş sistemindən istifadə edəcək

Misir tezliklə “Mir” kartlarını istifadə etməyə başlayacağını açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə Misirin Əl-Şoruk qəzetində yazılıb. Qəzetin iqtisadiyyat və turizm sektorlarından qaynaqlara əsaslanaq hazırladığı xəbərə görə, yaxın günlərdə Misir banklarında və turizm mərkəzlərində Rusiyanın “Mir” ödəniş sistemindən istifadə ediləcək.

Qəzet, xüsusən, rusların çox olduğu turizm bölgələrində əməliyyatların rus rublu ilə başlayacağını yazıb. O da vurğulanıb ki, ABŞ sanksiyaları riskinə görə Türkiyə banklarının “Mir” kartlarını qəbul etməkdən imtina etməsi Misirin qərarına təsir etməyib.

 

Son xəbərlər
Digər xəbərlər