15 C
Baku
Saturday, April 20, 2024

Misir neft məhsulları idxal etməyəcək

Misir hökuməti 2023-cü ilədək neft məhsullarına tələbatın tamamilə yerli mənbələrdən ödəməyə başlamağı nəzərdə tutur.

NGV xəbər verir ki, bu barədə ölkənin baş naziri Mustafa Mədbuli bildirib.

O, ötən il neft kəşfiyyatına dair məcmu sərmayəsi 11 milyard ABŞ dolları məbləğində 26 müqavilə imzaladıqlarını qeyd edib.

Artıq ölkənin qaz tələbatını müstəqil ödəməyə nail olduqlarını vurğulayan baş nazir ötən il qaz hasilatını 28 faiz artırdıqlarını da diqqətə çatdırıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayında ölkənin neft naziri Tarik əl-Mulla bildirib ki, 2016-2020-ci illərdə ölkədə illik benzin idxalı 10 milyon tondan 3,5 milyon tonadək azalıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər