4 C
Baku
Cümə, Yanvar 21, 2022

Misir parlamentinə yeni sədr seçilib

Misirin yeni çağırış parlamentinin ilk iclası keçirilib.

Sessiyada qanunverici orqanın 576 deputatının andiçmə mərasimi keçirilib və onlara deputat mandatları təqdim edilib.

Sonra deputatlar açıq səsvermə yolu ilə parlamentin spikerini və vitse-spikerlərini seçiblər. Ədalət və Konstitusiya Məhkəməsinin sabiq sədri Hənəfi Əli Əl Cəbail 508 deputatın səsi ilə Misir Nümayəndələr Palatasının spikeri seçilib.

Daha sonra Əhməd Saad Ələddin və Məhəmməd Əbu Əl-Əneyn parlamentin vitse-spikerləri seçiliblər.

Parlamentin növbəti sessiyasında komitə sədrləri və üzvlərinin seçiləcəyi, habelə müxtəlif ölkələr, o cümlədən Azərbaycanla dostluq qrupunun formalaşdırılacağı nəzərdə tutulur.

Mənbə:Azərtac
Son xəbərlər
Oxşar xəbərlər