9 C
Baku
Sunday, November 17, 2024

Misir Qəzza sektoru ilə sərhəddə hasar tikməyə başlayıb

Misir hakimiyyəti Qəzza sektoru ilə sərhəddə – İsrail ordusunun hücum etməyə hazırlaşdığı Rafah şəhəri yaxınlığında səddin inşasına başlayıb.

Bu barədə peyk vasitəsi ilə çəkilən fotoşəkilləri təhlil edən “The New York Times” qəzeti yazıb.

Nəşrin məlumatına görə, fevralın 5-də buldozerlər Rafah sərhəd-keçid məntəqəsinin cənubundakı bufer zonada geniş ərazini təmizləməyə başlayıb. Ərazidə işləyən podratçı və mühəndislərin sözlərinə görə, Misir ordusu onlara bufer zonada 5 metr hündürlükdə beton sədd çəkməyi əmr edib.

Bir müddət öncə Fələstinin Xarici İşlər Nazirliyi İsrail ordusunun Qəzza sakinlərinin gediş-gəlişini məhdudlaşdıraraq onları Misirlə sərhəddə yerləşən Rafah keçid məntəqəsinə doğru yönəlməyə məcbur etdiyini bildirib.

Qeyd edək ki, Qahirə fələstinlilərin Sinay yarımadasına köçürülməsi planına dəfələrlə etirazını bildirib və onların öz torpaqlarından zorla çıxarmaq cəhdlərinin qəbuledilməz olduğunu bəyan edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər