5 C
Baku
Tuesday, December 30, 2025

Misir Qarabağın bərpasında iştirakla bağlı Azərbaycana öz təkliflərini təqdim edib

Misir Qarabağın bərpası prosesində iştirak etməyə ciddi maraq göstərir və bu istiqamətdə Azərbaycana öz təkliflərini təqdim edib.

Bunu Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsaməddin Effat Mustafa Reda deyib.

Diplomat bildirib ki, Misir hər zaman işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində göstərilən səyləri dəstəkləyib, həmin proseslərdə Azərbaycanın yanında olub:

“Ən yüksək səviyyədə və müxtəlif platformalarda rəsmi şəkildə yardım göstərməyə hazır olduğumuzu da bildirmişik. Heç kimə sirr deyil ki, mətbuatda da əks olunduğu kimi, yaxın dostum olan ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovu ziyarət etmişəm və onunla mina təmizləmə prosesində öz təcrübəmizi necə bölüşə biləcəyimizi müzakirə etmişəm. Ümid edirik ki, bu müzakirələr çox yaxın zamanda konkret nəticələrə çevriləcək”.

Səfir vurğulayıb ki, onlar həm də minatəmizləmədən sonra azad edilmiş ərazilərdə infrastrukturun qurulması, şəhərlərin salınması və bərpa olunan enerji layihələri üzrə xidmətlər təklif ediblər:

“Hazırda bu təkliflərin nəzərdən keçirilməsini gözləyirik. Mənə bildirilib ki, işğaldan azad edilmiş ərazilərdəki bəzi layihələr artıq 2027-ci ilə qədər planlaşdırılıb. Lakin hesab edirik ki, Misir də bu prosesdə mütləq pay sahibi olmalıdır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər