9 C
Baku
Monday, November 18, 2024

Misir Qırmızı dənizdə neft yataqlarının kəşfiyyatına başlayır

Misir Qırmızı dənizdə neft yaraqlarının axtarış-kəşfiyyat işlərini həyata keçirmək məqsədilə iri beynəlxalq şirkətlərlə 3 saziş imzalayıb və seysmik tədqiqatlardan sonra qazma əməliyyatları başlanacaq.

Bu barədə Misirin neft naziri Tariq Əl-Molla jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, Misirin Cənub Vadisi Neft Holdinqi Qırmızı dənizdə zəngin neft yataqları olduğunu təsdiq edib və xarici şirkətlərlə əməkdaşlıq şəraitində onların istismarına başlayacaq. Nazir əlavə edib ki, Aralıq və Qırmızı dənizlərdə yeni neft-qaz yataqlarının kəşfiyyat işləri və istismarına dair beynəlxalq tender elan edilib. Hazırda Misir gündəlik 680 min barel xam neft hasil edir və tezliklə bu rəqəmin artırılması gözlənilir.

T.Əl-Molla bildirib ki, Avropada enerji böhranı fonunda Misir qaz ixracatını xeyli artırıb. Misir xarici enerji şirkətləri ilə qaz yataqlarının istismarına dair 108 saziş imzalayıb və bu sektora 22 milyard dollar investisiya qoyulması gözlənilir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər