10 C
Baku
Wednesday, December 11, 2024

Misir sakinlərinin qeyri-adi ənənə və vərdişləri

Misir xalqının ənənələrini tanımaq üçün ehramları inşa edənlərin nəticələri arasında yaşamaq lazımdır.

  •  Misir sakinləri onların eyvanları altında baraban çalan və mahnı oxuyan insanlara sikkələr atırlar.
    Ramazan ayı zamanı gecə saat 2:30-dan 4:00-a qədər küçələrdə xüsusi insanlar baraban çalaraq sakinləri imsaka oyadırlar.
  • Misirlilərin istifadə etdiyi əlifbada iki X hərfi var. Bu hərflər fərqli şəkildə tələffüz olunur.
  • Misirlilərin soyadları yoxdur, lakin onların dörd adı ola bilər: bir insanın adına onun atasının, babasının və ulu babasının adları əlavə olunur. Bir ailədə ilk uşaq olanda onun anasını uşağın adı ilə adlandırırlar, məsələn Omm Məhəmməd (Məhəmmədin anası), atasını isə Abu Məhəmməd (məhəmmədin atası) olaraq adlandırırlar. Əgər ailədə bir neçə uşaq varsa, valideynləri böyük ovladın adı ilə çağırırlar.
  • Misirdə ictimaiyyət arasında güzgüyə baxmaq ayıb sayılır. Misir qadınları küçədə öz makiyajlarına və saç düzümlərinə düzəliş edə bilməzlər.
  • Əgər evdə usta işləyirsə, misirlilər evin qapısını açıq saxlayırlar. Bu vaxt evin xanımı digər otaqda olmalıdır.
  • Misirlilər yazıda ərəb rəqəmlərindən deyil, hind rəqəmlərindən istifadə edirlər.
  • Burada sakinlər sözləri sağdan sola yazırlar. Lakin telefon nömrələrində rəqəmlər soldan sağa yazılır.
  • Misirdə rəqəmlər bu cür oxunur: 25- beş iyirmi, 125- yüz beş iyirmi, 1125- min yüz beş iyirmi.
  • Burada kələm yemirlər. Onu ancaq heyvanlara yem olaraq verirlər.
  • Misirdə dükanlarda məhsulların üzərinə qiymət kağızı yapışdırılmır. Siz bu məhsulları ya istədiyiniz qiymətə, ya da satıcının özünün təyin etdiyi qiymətə əldə edə bilərsiniz. Yalnız supermarket və brend mağazalarda məhsulların üzərində qiymət kağızını görmək olar.

Son xəbərlər
Digər xəbərlər