2 C
Baku
Saturday, December 14, 2024

Misir şirkətləri azad olunmuş ərazilərə investisiya qoymaq niyyətindədir

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Məhəmməd Nadem Abdel Həmidlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Milli Məclisin sədri, diplomata yeni vəzifəsində uğurlar arzulayıb və onun ölkəmizdə çalışdığı müddətdə iki ölkə arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri qarşılıqlı təmasların, səfərlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib.

Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsindən danışan Sahibə Qafarova bildirib ki, bu qələbə regionda yeni reallıqlar yaradıb.

Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Məhəmməd Nadem Abdel Həmid təbrikə görə təşəkkürünü bildirib və iki ölkə arasındakı münasibətlərin bundan sonra da inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb. O, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə və ölkəmizin təşəbbüsü ilə bu qurumun Parlament Şəbəkəsinin yaradılmasına görə təbriklərini çatdırıb.

Görüşdə səfir artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etdiyini və həqiqətləri öz gözləri ilə gördüyünü diqqətə çatdırıb. Bildirib ki, Misir şirkətləri də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə investisiya qoymaq əzmindədirlər.

Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər