7 C
Baku
Sunday, December 15, 2024

Misir Ukrayna taxılının tədarükü ilə bağlı müqaviləni ləğv etdi

Misir 2021-ci ilin dekabrında Ukraynadan aldığı 240 min ton buğdanın tədarükü ilə bağlı müqavilələri ləğv edib.

Bildirilir ki, ötən ilin dekabrında Misir rəhbərliyi Kiyevdən taxılın tonunu 346-360 dollar (588-612 manat) qiymətinə alıb. 2022-ci ilin aprel ayında Misir hər ton üçün təxminən 494,3 dollar (840 manat) ödəyib. Lakin Ukraynadakı vəziyyətə görə rezervasiya olunmuş yük çatdırılmayıb.

Qeyd olunur ki, bunun fonunda Misirin Malların Təchizatı üzrə Baş İdarəsi (GASC) təchizatçı şirkətlər “Nibulon” və “Inerco”nu müqavilə öhdəliklərindən azad edib.

Eyni zamanda, daha bir buğda partiyasının Ukraynanın Çernomorsk limanında olduğu dəqiqləşdirilir. Liman rəhbərliyindən icazə alındıqdan sonra yükün Misirə göndərilməsi planlaşdırılır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər