Misir Prezidenti Əbdülfəttah əs-Sisi Fransada səfərdədir.
“Al-Arabiya”in verdiyi xəbərə görə, səfər çərçivəsində Misir Prezidenti Yelisey sarayında fransalı həmkarı Emmanuel Makronla görüşüb.
Qeyd edək ki, Əbdülfəttah əs-Sisi Fransaya 3 günlük rəsmi səfərə gəlib. Dekabrın 6-da o, Fransanın xarici işlər naziri ilə görüşüb.
Xatırladaq ki, səfər Qahirə və Parisin Türkiyənin Liviya da daxil olmaqla, Yaxın Şərqdə və Aralıq dənizində artan rolu ilə bağlı ortaq narahatlıqlar fonunda yaxınlaşdıqları bir vaxta təsadüf edir.