7 C
Baku
Friday, January 24, 2025

Misirdə pişiklərin statusu

Misirdə heyvanlara sitayiş edilməsi həyatın bir hissəsini təşkil edirdi. Lakin bu heyvanların içərisində pişik xüsusi yerə sahib idi.

Misirdə pişiklərə dəbdəbəli məbədlər həsr olunurdu. Pişik minlərlə zəvvar tərəfindən ziyarət edilirdi və burada pişiyi də mumiyalayırdılar. Beni-Həsən şəhərində arxeoloqlar pişik qəbiristanlığı aşkar etmişdilər və orada 180 min pişik basdırılmışdı. Pişiklərin məzarları qızıl və yaxud gümüşdən hazırlanmış və üzəri qiymətli daşlarla bəzədilmişdi.

Qədim Misirdə pişik öldükdə onun sahibi kədər nişanəsi olaraq qaşlarını kəsirdi. Bu dövrlərdə yanğın baş verdikdə evdən ilk olaraq pişik çıxarılaraq xilas edilirdi. Təsadüfən pişiyin öldürülməsi hətta insanın özünün öldürülməsi ilə nəticələnə bilərdi. Pişik gecə heyvanı olduğu üçün o Basta adında Ay, doğuş və bərəkət ilahəsinə həsr olunmuşdu.

Misir kahinləri pişik və günəş arasında bir çox qarşılıqlı əlaqənin olduğunu qeyd etmişlər. Hər şeydən əvvəl bu – pişiklərin gözləridir. Günəş çıxdıqda pişiyin göz bəbəkləri balacalaşır. Günəş batmağa doğru isə onun göz bəbəkləri genişlənir və günəş batdıqdan sonra o dünyaya daha geniş gözlərlə baxır. Pişik gözləri başqa dünyalara açılan sehrli pəncərələrdir.

Son xəbərlər
Digər xəbərlər