13 C
Baku
Saturday, November 23, 2024

Misirdə yanacağın bütün növlərinin qiyməti qalxıb

Misirdə bütün növ yanacağın qiymətləri və nəqliyyat tarifləri artıb.

Bu barədə ölkənin Neft və Mineral Sərvətlər Nazirliyindən bildiriblər.

Misirin Neft Məhsullarının Qiymətləndirilməsi Komitəsinin qərarına əsasən, benzin və neft məhsullarının qiyməti 6-10 faiz artıb.

Belə ki, oktan dərəcəsi 80 olan benzin indi 8 Misir funt-sterlinqinə (0.72 AZN), Aİ-92 – 9.25 Misir funtuna (0.83 AZN), Aİ-95 – 10.75 Misir funtuna (0.97 AZN) satılır. Müəyyən edilmiş qiymət oktyabr ayına qədər qüvvədə olacaq. Bundan əlavə, dizel və kerosin 7.4% artaraq 7.25 Misir funtuna (0.65 AZN), mazut isə bir ton üçün 400 Minisr funtu (36.02 AZN) bahalaşaraq 5000 Misir funtuna (450.25 AZN) satılır.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər