10 C
Baku
Thursday, December 12, 2024

Misirdəki otellərin fəaliyyəti bərpa edilir

Misirin Turizm Nazirliyi ölkədə otellərin fəaliyyətinin bərpa edilyini açıqlayıb.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

“Hər oteldə müntəzəm tibbi müayinə şərti ilə otaqların 25%-nin istifadəyə verilməsinə icazə verilir”, – Nazirlik bildirir.

Qeyd edək ki, Misir və Türkiyə ildə ən çox turist qəbul edən ölkələr sırasındadırlar. Aprelin sonlarında Türkiyə hakimiyyəti pandemiya şəraitində turizm mövsümünü başlamaq üçün şərtləri açıqlamışdır.

Ölkənin turizm və mədəniyyət nazirinin sözlərinə görə, turizm mövsümü avqustun sonunda başlaya bilər.
Yeni təhlükəsizlik tədbirləri istirahətin bahalaşmasına gətirib çıxara bilər: gözləndiyi kimi, yeni tətbirlər otellərin yükünü 2 dəfə azaldacaq və bu, gəlirlərin azalmasına səbəb olacaq.
Əsas təhlükəsizlik tətbiri sosial məsafənin saxlanılması olacaq.

Son xəbərlər
Digər xəbərlər