17 C
Baku
Saturday, May 18, 2024

Misirin “yaşıl enerji” sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycana dəvət edilib

Energetika naziri Pərviz Şahbazov Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidi qəbul edib.

Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.

Söhbət zamanı Azərbaycanla Misir arasında energetika sahəsində mövcud əlaqələr barəsində fikir mübadiləsi aparılıb. Müvafiq sahədə ölkəmizdə aparılan islahatlar, reallaşdırılan layihələr haqqında məlumat verilib, neft-kimya, mayeləşdirilmiş təbii qaz, bərpa olunan enerji kimi sahələrdə dövlət və özəl qurumlar arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar olduğu vurğulanıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturu üzrə aparılan bərpa-yenidənqurma, həmçinin enerji təchizatının “yaşıl enerji” hesabına təmini layihələrində Misir şirkətlərinin iştirakı imkanları nəzərdən keçirilib. Misirin müvafiq sahədə fəaliyyət göstərən özəl sektor nümayəndələri Azərbaycana dəvət edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər