11 C
Baku
Saturday, November 16, 2024

Misirli milyarder 18 ay sonra neftin $100 qiymətinə olacağını proqnozlaşdırır

“Orascom Investment Holding” şirkətinin sədri və icraçı direktoru Nagib Saviris CNBC-yə verdiyi müsahibədə bildirib ki, neftin qiymətinin düşməsi ABŞ-ın şist sənayesini məhv etmək üçün “hesablanmış cəhd” dir.

Banker.az bu barədə “Vesti.ru.ru”ya istinadən xəbər verir.

Biznesmenin fikrincə, Rusiya ilə “qiymət müharibəsinə” başlayan Ər-Riyad uzunmüddətli perspektivlərini düzgün qiymətləndirib.

Bununla yanaşı, Saviris qeyd edir ki, OPEC+ sazili pozulmasa idi belə neftin qiyməti onsuz da enəcəkdir. Əlbəttə ki, müşahidə olunan kritik səviyyəyə qədər yox.

“Düşünürəm ki, bütün bunlar əvvəlcədən düşünülüb”, – biznesmen qeyd edir, – “Məncə, onlar bunun baş verəcəyini bilirdilər və rəqibi aradan qaldırandan sonra qiymət 50 və ya 60 dollardan yuxarı olacaq. Buna görə 18 ay sonra neftin 100 dollar qiymətinə çatacağına inanıram”.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin qiyməti 30 dollar, WTI isə 24 dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər