21 C
Baku
Thursday, September 19, 2024

Misli görünməmiş sərvət

Sokrat Alkiviad adlı bir şəxsin həddindən artıq çox sərvətinin olmasına diqqət yetirir. Həmin şəxs bu qədər dövlətli olduğu üçün çox qürurlanırdı və hər kəsə aşağıdan yuxarı baxırdı.

Sokrat Alkiviadı Afinaya aparır. Afinada bütün əyalətin xəritəsi var idi. Sokrat ona xəritədə Attikanı tapmağı təklif edir. Alkiviad xəritədə Attikanı tapa bilir.

Sonra isə Sokrat ondan xahiş edir ki, Alkiviad xəritədə öz torpaqlarını tapsın. Alkiviad isə belə cavab verir:

– Xəritədə mənim torpaqlarım əks olunmayıb.

Sokrat ona müraciət edərək deyir:

– İndi görürsən ki, sən dünyanın balaca bir hissəsini belə təşkil etməyən sərvətlərlə qürurlanırsan.

Son xəbərlər
Digər xəbərlər