6 C
Baku
Sunday, December 15, 2024

Mişustin Ermənistana gedir

Rusiyanın Baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün avqustun 24-25-də Ermənistana səfər edəcək.

Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Görüş zamanı hökumət başçıları Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində orta və uzunmüddətli perspektivdə inteqrasiya proseslərinin inkişafı məsələlərini müzakirə etməyi planlaşdırırlar. Tərəflər Aİİ çərçivəsində hüquqi mexanizmlərin daha da təkmilləşdirilməsini, digər ölkələrlə mövcud qarşılıqlı fəaliyyət formatlarının gücləndirilməsini və potensial tərəfdaşlarla əlaqələrin qurulmasını müzakirə edəcəklər” , – məlumatda qeyd edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər