Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistana işgüzar səfər edib.
O, Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.
Rusiya hökumətinin başçısını Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və başqaları qarşılayıblar.
Ermənistanın Tsaxkadzor şəhərində keçiriləcək iclasda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin baş nazirləri İttifaq daxilində inteqrasiya prosesinin dərinləşdirilməsini, orta və uzunmüddətli dövr üçün strateji inkişaf vektorlarını müəyyən olunmasını müzakirə edəcəklər.