Rusiya Çinə neft və qaz tədarükündə liderdir.
Bunu Rusiya Baş naziri Mixail Mişustin bildirib.
O əlavə edib ki, Moskva Çin bazarına kənd təsərrüfatı məhsullarının tədarükünü də artırmaq məqsədi daşıyır.
“Qərb Rusiya Federasiyası və Çinin potensialını cilovlamağa çalışır və iki ölkə səylərini ümumi maraqların qorunmasına yönəltməlidir”, – deyə Rusiya hökumətinin sədri vurğulayıb.
Qeyd edək ki, Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Tsyan Rusiyaya səfər edib. Səfər çərçivəsində Tsyan Mişustinlə danışıqlar aparıb.