28 C
Baku
Saturday, July 27, 2024

MİT məzunu Ramil Məhərrəmov İnnovativ Startup Layihələrin inkişafına start verib

Dünyanının Aparıcı Universitetindən Məzun Olmuş Dövlət Proqramının Məzunu Ramil Məhərrəmov İnnovativ Startup Layihələrinin İnkişafı ilə Məşğuldur

Redaksiyamıza daxil olmuş məlumata əsasən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyə dəstəyi ilə dünyanın ən aparıcı universitetlərindən biri hesab edilən Massaçusets Texnologiya İnstitutun Sloan İdarəetmə Məktəbindən Biznes idarəetməsi üzrə magistr dərəcəsi almış Ramil Məhərrəmov hazırda suni intellekt, İri həcimli Məlumatlar Bazasının (Big Data) işlənilməsi və fintech sahəsində 2 innovativ startup layihəsinin inkişafı ilə məşğuldur. Eyni zamanda növbəti tədris ilindən ali məktəblərdən birində müasir idarəetmə üsullarının tədirisi ilə məşğul olaraq Azərbaycanlı gənclərin inkişafına öz töhfəsini davam etdirəcəkdir.

Bu məqsədlə Ramil Məhərrəmov Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Daxili nəzarət və audit şöbəsindən öz ərizəsi və təşəbbüsü ilə özünün xahişi əsasında 2021-ci il aprel ayının sonunda ayrılmışdır. Bildiririk R. Məhərrəmov NRYTN-ə yeni təyin olunmuş Nazirin dəvəti ilə 2021-ci ilin Mart ayında NRYTN-də öz fəaliyyətinə başlamışdı.

Qeyd edək ki, R. Məhərrəmov 2000-2006-cı illərdə “BP Azərbaycan”, “Mercy Corp” şirkəti, Asiya İnkişaf Bankı, NASPAA kimi beynəlxalq təşkilatlarda məsləhətçi vəzifələrində işləyib. 2005-ci ildə Dünya Bankının Baş Ofisində praktikant olmuşdur.

2006-2009-cu illərdə Beynəlxalq Valyuta Fondunda baş iqtisadçı, Xəzər Beynəlxalq İnvestisiya şirkətində məsləhətçi kimi çalışıb.

2009-2013-cü illərdə İslam İnkişaf Bankının Avropa və Orta Asiya departamentində Baş Ölkə Meneceri kimi fəaliyyət göstərib.

  1. Məhərrəmov 2013-2015-ci illərdə Mərkəzi Bankın Strateji departamentinin direktoru vəzifəsində çalışıb.

2016-2017-ci illərdə Kraudfandinq Platforması olan Crowdpouch və Dubay Beynəlxalq Maliyyə Mərkəzində yerləşən P2P maliyyələşdirmə platforması olan Maliyya kimi startaplarda həmtəsisçi olub. Ramil Məhərrəmov 2017-2020-ci illərdə SOCAR AQS-də Baş Maliyyə Direktoru vəzifəsində işləyib.

O müxətlif dövrlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Universiteti və Dövlət İqtisad Universitetində magistr və bakalavr tələbələrinə iqtisadiyyat və investisiyaların idarəedilməsi fənlərini tədris etmişdir. R. Məhərrəmov Azərbaycan Mikromaliyyə Assosiasiyasında inkişafına töhfə vermiş, 2018-ci ildə ADA universitetində təşkil edilmiş MIT Global Startup Lap proqramının müəllifi və əsas təşkilatçılarından biridir. O eyni zamanda Masaçusets Nümayəndələr Palatasının 2010-cu ildə Xocalı Soyqırımını tanıyan bəyənatının təşəbüsskarı və təşkilatçısıdır.

Azərbaycan, türk, ingilis və rus dillərini bilir.

 

Son xəbərlər
Digər xəbərlər