8 C
Baku
Thursday, March 28, 2024

MIT Technology Review: 2019-cü ilin ən qabaqcıl texnologiyaları

Xərçəng xəstəliyinə qarışı peyvəndlər, mədə xəstəliklərini aşkar edən kiçik zondlar, süni ət və digər texnologiyalar.

MIT Technology Review jurnalı ilin ən qabaqcıl texnologiyalarının siyahısını dərc edib. Siyahı Bill Gates-in iştirakı ilə tərtib olunmuşdu.

Siyahıda dəbdə olan “high-tech” və ya istehlak mallarına rast gəlinmir – Gates daha böyük miqyaslı problemlərə diqqət edir: səhiyyə, üçüncü dünya problemləri, ətraf mühitin mühafizəsi və s.

Rəqəmsal inqilab liderlərindən biri olan Bill Gates-in fikrinə görə, yaxın illərdə hansı texnologiyalar dünyanı dəyişəcəklər?

“Sərbəst” robotlar (sərbəst şəkildə şəraitə uyğunlaşan)

Sənaye sahəsində istifadə olunan robotlar sərbəstlik çatışmazlığı yaşayırlar: onlar dəqiqliklə müxtəlif mexanizmləri yığa bilirlər, lakin konveyerdəki detalı azca qırağa çəksək, robotlaşdırılmış əl öz işini artıq yerinə yetirə bilməyəcəkdir.

Robotlar insanlar kimi, obyektlərə sadəcə baxaraq onlarla işləməyi öyrənə bilmirlər. Bunun əvəzinə, onlara virtual mühitdə təlim keçirilir.

Nüvə yə termonüvə enerjisi sahəsində yeni dalğa

Dördüncü nəsil çökmə reaktorlarının inkişaf etdiriciləri, növbəti onillikdə onları bütün dünyaya tanıtmağı vəd edirlər. Onlarla meqavat gücünə malik olan kiçik modul reaktorları digər enerji mənbələrinə nisbətən daha ucuz və ekoloji cəhətdən səmərəlidirlər. Termonüvə sintezinin reaktorları hələ ki inkişaf mərhələsindədirlər. Onların realizəsi 2030-cu ildə planlaşdırılır.

Erkən doğum hallarının qan analizi vasitəsilə müəyyən olunması

Hər il 15 milyon körpə, vaxtından əvvəl dünyaya gəlir. Bu, uşaq ölümü hallarının artmasına gətirib çıxarır. Müasir dövrdə biomühəndislik qarşımızda imkanlar açır. Belə ki, siz yalnız qan analizini verərək, erkən doğum kimi riskləri qabaqcadan müəyyən edə bilərsiniz.

Mədə xəstəliklərini aşkar edən kiçik zondlar

Kasıb ölkələrdə milyonlarla uşaq həzm sistemi xəstəliklərindən əziyyət çəkir (environmental enteric dysfunction), hansılar ki gələcəkdə uşaqların inkişafdan qalmalarına səbəb olur. Onlara kömək etmək üçün, ucuz və effektiv diaqnostika üsuluna ehtiyac var.

Xərçəng xəstəliyinə qarışı peyvəndlər

Bu, xərçəng xəstəliyin müalicəsinin ən qabaqcıl vasitələrindən biridir. Peyvənd kimyəvi terapiyadan fərqli olaraq, insanın immunitet sistemini sağlam hüceyrələrə heç bir zərər vermədən stimullaşdırır.

Süni ət

2050-ci ildə bəşəriyyət 2005-ci ildəkindən 70% daha çox ət istehlak edəcəkdir. Heyvandarlıq meşələrin qırılmasına, suyun çirklənməsinə və istixana effektinə səbəb olursa, artan tələbatı necə ödəmək olar? Bizə elə gəlir ki, problemin həlli süni ətdədir.

Karbon qazının atmosferdən çıxarılması

CO2-nin atmosferdən çıxarılması – fəlakətli iqlim dəyişikliyini yavaşlatmanın bir yoludur. Hal-hazırda, mütəxəssislər karbon qazının yanacağa və metana çevrilməsi üzərində çalışırlar.

Fitnes qolbaqlarda və “ağıllı” saatlarda elektrokardioqrama

Müasir “ağıllı” cihazlardakı yuxu izləmə və nəbz ölçmə funksiyaları, tibb sahəsi üçün faydasızdır. Elektrokardioqrama isə tamamilə başqa bir məsələdir. Bu, normadan kənara çıxma hallarını daha çevik bir şəkildə aşkar etməyə və minlərlə insan həyatını xilas etməyə imkan verəcəkdir.

Kanalizasiyasız tualetlər

Bu mövzu, Gates-in həssas nöqtələrindən biridir. Yaxın günlərdə onun fondu startup-lar arasında Reinvent the Toilet yarışını həyata keçirib. Burada əsas məqsəd üçüncü dünya ölkələrinin həyatını yaxşılaşdırmaqdan ibarət olmuşdur. Düşünün: 2,3 milyard insanın normal kanalizasiya sisteminə çıxışı yoxdur.

Təbii nitqi başa düşən süni intellekt köməkçiləri

Siri, Alexa və Google Assistant artıq bir çox səs komandalarını başa düşə bilirlər. Növbəti addım – yalnız komandaları deyil, sərbəst nitqi başa düşə biləcək köməkçilər. Məsələn, telefon vasitəsilə kafedə stolu bron etmək və ya kuryer ilə çatdırılma barəsində razılığa gəlmək.

 

Son xəbərlər
Digər xəbərlər