“Mitsubishi” 2021-ci ildə Pajero-nun istehsalını dayandıracaq

Yaponiyanın “Mitsubishi” şirkəti məşhur Pakero SUV avtomobilinin istehsalını dayandırmaq qərarına gəlib. Banker.az xəbər verir ki, “Nikkei” qəzetinin verdiyi məlumata görə, bu avtomobillərin yığılması 2021-ci ildə dayandırılacaq.

Bildirildiyi kimi, konsern “Pajero Manufacturing” müəssisəsini bağlamağı planlaşdırır. Xatırladaq ki, Outlander və Delica krossoverləri məhz bu zavodda yığılır.

Daha əvvəl “Mitsubishi”nin yeni nəsil Pajero üzərində işlədiyi məlum olmuşdur. Bu avtomobilin 2021-ci ilin sonlarında və ya 2022-ci ilin əvvəlində çıxacağı bildirilib. Yeniliyin dizaynı GC-PHEV konsept-kara əsaslanacaq


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları