26 C
Baku
Thursday, July 25, 2024

“Mitsubishi” 2028-ci ilədək 16 yeni model buraxacaq

Yapon avtomobil istehsalçı “Mitsubishi” 2028-ci ilə qədər bazara ən azı 16 yeni model çıxarmağı planlaşdırır.

Elan edilmiş yeni məhsullar arasında yenilənmiş “Renault Clio” bazasında hazırlanacaq “Colt” hetçbeki, həmçinin “Renault” və “Nissan”ın elektrik modelləri əsasında iki yeni elektromobil var.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

2025-ci ilə qədər yeni “Mitsubishi Pajero Sport” peyda olacaq, krossoverin premyerası 2024-cü ildə keçiriləcək. Bundan əlavə, daha bir krossover və mikroavtobus elan edilib, onların təfərrüatları hələki açıqlanmır. Bəzi modellər tam elektrik, bəziləri isə hibrid olacaq.

Son xəbərlər
Digər xəbərlər