13 C
Baku
Saturday, November 23, 2024

“Mitsubishi Azərbaycan” cərimələnir

Azərbaycanda yapon avtomobil markasınının satışını həyata keçirən şirkəti barəsində Dövlət Gömrük Komitəsi tərəfindən inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, Mitsubishi Motors-un Azərbaycandakı rəsmi dileri “Diamond Motors” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edilərək, Abşeron Rayon Məhkəməsinə göndərilib.

İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Diamond Motors” MMC 2006-cı ildən Azərbaycanda şirkət kimi fəaliyətdədir. “Mitsubishi Motors” regional distribütoru arasında imzalanmış sazişə əsasən “Diamond Motors” MMC Azərbaycanda “Mitsubishi Motors” şirkətinin rəsmi dileridir. 2006-cı ildən “Mitsubishi Motors” avtomobillərinin rəsmi satışlarına start verib.

Son xəbərlər
Digər xəbərlər