aponiyanın “Mitsubishi Electric” şirkəti və qabaqcıl avtomobil hissələri buraxan “Aisin” şirkəti elektrik avtomobillərinin istehsalına dair birgə müəssisə yaratmaq barədə razılıq əldə ediblər.
Tam elektrik və hibrid avtomobillər üçün mühərrik və digər komponentlər istehsal edəcək birgə müəssisədə “Mitsubishi” 66, “Aisin” isə 34 faiz paya sahib olacaq.
“Mitsubishi” avtomobil hissələri biznesindən, o cümlədən yanacaqla işləyən avtomobillər üçün injektorlar istehsalından imtina edərək, resurslarını elektrikli nəqliyyat vasitələrinə yönəltməyi qərar alıb.
Tərəflər ümid edir ki, onların əməkdaşlığı sürətlə inkişaf edən elektrik avtomobili sənayesində rəqabət qabiliyyətini artıracaq.