“Mitsubishi” maliyyə qrupunun xalis mənfəəti 35% azalıb

Mərkəzi Yaponiyada yerləşən bank və maliyyə şirkəti “Mitsubishi UFJ Financial Group Inc”inin (MUFG) ikinci rübdə xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 35% azalaraq 218,89 milyard yen (2 mlrd dollar) təşkil edib.

Report agentliyi bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, şirkətin hesabat dövründə ümumi gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 8% artaraq 1,01 trilyon yen (9,2 mlrd dollar), rüsumlar və komissiya üzrə gəlirləri isə illik müqayisədə 1,7% azalaraq 315,8 mlrd yen (2,89 mlrd dollar) olub.

Şirkətin ikinci rübdə kapital və istiqraz əməliyyatlarından qazancı illik müqayisədə dəfəyə yaxın artaraq 113,9 mlrd yen (1,04 mlrd dollar) təşkil edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları