3 C
Baku
Saturday, December 14, 2024

“Mitsubishi” “Nissan”ın nəzarətinə keçib

“Nissan” şirkəti “Mitsubishi Motors”un səhmlərinin 34%-i alacaq. Agentliyin “Financial Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə avtomobil istehsalçılarının birgə bəyanatında deyilir.
Nəşr yazır ki, bu xəbər “Mitsubishi Motors”un maliyyə vəsaitinə ehtiyacı olduğu bir vaxtda ortaya çıxıb. Belə ki, bir müddət öncə məlum olub ki, “Mitsubishi Motors” istehsal etdiyi avtomobillərin yanacaq sərfiyyatı ilə bağlı göstəriciləri reallıqdakından daha aşağı göstərib.

Əqdin dəyəri təxminən 2,2 mlrd. dollar təşkil edir. Bununla da, “Nissan” “Mitsubishi Motors”un ən iri səhmdarı olacaq.

“Mitsubishi Motors”un Direktorlar Şurasının sədri Osamu Masuko bildirib ki, istehlakçıların inamını bərpa etmək çətin olacaq: “Lakin “Nissan”la bu hədəfə doğru gedəcəyik”.

Qeyd edək ki, cari ilin aprelin 20-də “Mitsubishi Motors” yanacaq sərfiyyatı ilə bağlı göstəriciləri saxtalaşdırdığını etiraf edib. Bundan sonra şirkətin səhmləri 43% dəyərdən düşüb.

APA

Son xəbərlər
Digər xəbərlər