10 C
Baku
Thursday, December 26, 2024

“Mitsubishi” “Saxalin-2” layihəsində payının saxlandığını elan edib

Yaponiyanın “Mitsubishi” şirkəti Rusiya tərəfi ilə “Saxalin-2” neft-qaz layihəsində payının saxlanması barədə razılaşmanın əldə olunduğunu rəsmi şəkildə təsdiqləyib.

Bu barədə şirkətin sentyabrın 1-də dərc olunan məlumatında bildirilir.

“Xəbər veririk ki, müraciətimiz Rusiya hökuməti tərəfindən bəyənilib. Səhmdarlarla razılaşmanın şərtləri və bununla əlaqədar risklər müxtəlif ssenarilər nəzərə alınmaqla əlaqədar tərəflərlə müzakirələr zamanı ciddi şəkildə öyrəniləcək”, – deyə məlumatda bildirilir.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno da sentyabrın 1-də Tokioda keçirilən ənənəvi mətbuat konfransı zamanı bildirib ki, “Saxalin-2” neft-qaz layihəsində “Mitsui” və “Mitsubishi” şirkətlərinin iştirakı barədə qərar ölkənin enerji sabitliyi üçün mühüm əhəmiyyətə malikdir.

“Hökumət və özəl şirkətlər vəziyyəti diqqətlə izləyərək, sıxılmış təbii qaz tədarükünün sabit qalması üçün birlikdə çalışacaqlar”, – deyə baş katib əlavə edib.

Xatırladaq ki, layihənin yeni operatoru olan “Saxalin enerji” MMC avqustun 5-də qeydiyyata alınıb. “Saxalin enerji” MMC-nin nəzarət paketi (50 faiz +1 səhm) “Qazprom”a, 27,5 faizi Britaniyanın “Shell” şirkətinə, 12,5 faizi “Mitsui” və 10 faizi isə “Mitsubishi” şirkətlərinə məxsusdur.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər