Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq.
Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Hakim “Gürcü Arzusu” partiyasının namizədi 300 seçicidən 224 səs toplayıb.
M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.
Qeyd edək ki, Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili idi. O, 2018-ci ildən bu postda idi.