Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili ABŞ-ı onu müdafiə etməyə çağırıb.
Vəkilləri tərəfindən çatdırılan məktubunda sabiq dövlət başçısı ABŞ tərəfindən dəstək verilməsə, region xalqları və qərbyönümlü liderlər “qorxulu” mesaj almış olar.
Həbsxanada döyüldüyünü, yerlə sürükləndiyini qeyd edən M.Saakaşvili həmçinin adi xəstəxanaya köçürülmədiyini, telefon işlətməkdən məhrum olduğunu, hətta öz məhkəməsinə belə buraxılmadığını diqqətə çatdırıb.
Vəkilləri bildiriblər ki, həbsxanada 50 gündür ölüm aclığı keçirən Saakaşvili ötən gün acından bayılıb, hazırda isə vəziyyəti sabitdir.
Vaşinqton rəsmiləri cavab olaraq M.Saakaşvilinin oktyabrın 1-dəki həbsindən sonra müalicəsini diqqətlə izlədiklərini, Gürcüstan hökumətini ona qarşı ədalətli davranmağa, beynəlxalq hüquq normalarına uyğun olaraq barəsindəki cinayət işlərinə dair məhkəmə iclaslarındakı iştirakını təmin etməyə çağırdıqlarını bildiriblər.