11 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

Mixeil Saakaşvilinin həbs edilməzdən əvvəl qeydə aldığı videomüraciəti yayılıb

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həbs edilməzdən əvvəl qeydə aldığı videomüraciəti yayılıb.

Sabiq prezident müraciətində Tbilisidə olduğunu və həbs edilə biləcəyini, lakin mübarizəsini davam etdirəcəyini qeyd edib.

“Böyük ehtimal ki, mən indi Tbilisidə həbs ediləcəyəm, amma sizə demək istəyirəm ki, heç nədən qorxmayın. Sabah seçki məntəqələrinə gedin, səs verin və biz qələbəni bir yerdə qeyd edəcəyik. Mən çox güclü və dözümlüyəm. Bura sizə yardım etmək üçün gəlmişəm. Mənim başqa seçimim yox idi. Heç nədən qorxmuram, siz də qorxmayın”, M.Saakaşvili deyib.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər
X